RU

Bakıda binada yanğın: Sakinlər təxliyə edildi – Video


Paytaxtın Xətai rayonu, Babək prospekti 10B ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onsəkkizmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub”, - FHN-in məlumatında deyilir.
Избранный
26
7
yeniavaz.com

10Источники