RU

Erlinq Holandın ən yaxşı futbolçu dostu məlum olub

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Mançester Siti”nin hücumçusu Erlinq Holand futbolçular arasında ən yaxşı dostunun adını açıqlayıb.

“Futbolda ən yaxşı dostum? Yəqin ki, “Liverpul”dan Şoboslai”, - Holand UEFA Çempionlar Liqasının rəsmi saytına bildirib.

İdman.Biz bildirir ki, oyunçular 2019-cu ildə “Zalsburq”da birlikdə oynayıblar. Holand “Borussiya Dortmund”a keçməzdən əvvəl Avstriya klubunda 16 oyun keçirib, 17 qol vurub.

Bu mövsüm Holand “Mançester Siti”də bütün yarışlarda 37 oyun keçirib, 29 qol vurub və altı məhsuldar ötürmə edib. Holand həmçinin Norveç millisində 2026-cı il dünya çempionatı seçmə mərhələsində səkkiz oyun keçirib və 16 qol vurub.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
icma.az

2Источники