Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. 1news.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 10. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 11. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində; 12. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 13. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 14. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.