UEFA ötən ilin maliyyə yekunlarını elan edərək kişilər üzrə klub turnirlərindən rekord gəlir əldə olunduğunu qeyd edib.
ONN media xəbər verir ki, bu barədə UEFA-nın saytında məlumat yayılıb.
Bildirilir ki, bütün turnirlərdən əldə edilən ümumi gəlir beş milyard avronu keçib ki, bu da əvvəlki mövsümlə müqayisədə 737 milyon avro çoxdur.