RU

NYT: ABŞ Karib dənizindəki nəhəng gəmini Yaxın Şərqə göndərir

Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"ABŞ hazırda Karib dənizində yerləşən "U.S.S. Gerald R. Ford" təyyarədaşıyan gəmisini və onu müşayiət edən hücum gəmilərini Yaxın Şərqə göndərməyə hazırlaşır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb.

Qəzet iddia edir ki, ABŞ administrasiyası bu qərarı İrana mümkün hücumla əlaqələndirir.

Qəzetə danışan dörd hökumət rəsmisi bildirib ki, hazırda "U.S.S. Gerald R. Ford" təyyarə gəmisi yola hazırlanır: "Nəhəng təyyarədaşıyan gəmi və onu müşaiyət edən hücum gəmiləri aprelin sonu və ya may ayının əvvəlinə qədər Fars körfəzi həndəvərində olacaq. Bu hücum bölməsi bölgədə olan "USS Abraham Lincoln"la birgə gücümüzü ikiqat səviyyəyə çatdıracaq"

Xatırladaq ki, Tramp bir neçə gündür bölgəyə əlavə güc göndərəcəyin deyir və İrandan təcili anlaşma tələb edir: "Əks halda çox pis şeylər olacaq"

Samir MUSAYEV

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
mia.az

1Источники