RU

Bakıda tıxaca səbəb olan sürücülərin GÖRÜNTÜLƏRİ

"Yol hərəkəti qaydalarına ciddi riayət edilməsi həm iştirakçıların təhlükəsizliyinin qorunması, həm də nəqliyyat vasitələrinin maneəsiz hərəkətinin təmin olunması baxımından müstəsna rol oynayır".


Bu barədə Manset.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat daxil olub.

"Aparılan təhlillər və müşahidələr təsdiq edir ki, xüsusən paytaxt ərazisindəki yollarda sürücülərin avtomobilləri qadağan olunmuş ərazilərdə, o cümlədən yolun ikinci hərəkət zolağında saxlaması hallarına sıx rast gəlinir. Nümayiş olunan bu cür intizamsızlıq yolun müəyyən hissəsində süni sıxlığın formalaşmasına, hərəkət intensivliyinin aşağı düşməsinə, nəqliyyat axınının ləngiməsinə və yekun olaraq tıxacların meydana gəlməsinə zəmin yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə təkrar müraciət edir: Nəqliyyat vasitələrinin dayanması və durması prosesi yalnız buna icazə verilən yerlərdə reallaşdırılmalıdır.

Yadda saxlayaq ki, yollarda təhlükəsizliyin təmin olunması hər birimizin ortaq məsuliyyətidir!" - məlumatda qeyd edilib.


Избранный
18
2
manset.az

3Источники