RU

Gələn həftə çoxmilyardlıq planını açıqlayacaq

ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının gələn həftə keçiriləcək ilk rəsmi iclasında Qəzza zolağının bərpasına dair çoxmilyardlıq planını açıqlayacaq.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Associated Press” agentliyi yayıb. 

İclas çərçivəsində müharibə nəticəsində dağılmış Qəzza zolağının bərpasına bir neçə milyard dollar ayrılacağı gözlənilir. 

Mənbələrin sözlərinə görə, Tramp administrasiyası azı 20 ölkədən nümayəndə heyətlərinin Sülh Şurasının fevralın 19-da baş tutacaq həmin ilk iclasında iştirak edəcəyinə ümid edir. 

Xatırladaq ki, yanvarın 22-də Davosda Şülh Şurasının təsis edilməsinə dair tədbir keçirilib. Azərbaycan  təsisçi üzv dövlət kimi bu şuraya qoşulub.

"Cebheinfo.az"

Избранный
7
1
cebheinfo.az

2Источники