RU

Qanunsuz medallar təsis etməkdə təqsirləndirilən fond prezidentinin məhkəməsi başladı

Bakı.Trend:

Qanunsuz medallar təsis etməkdə təqsirləndirilən “BeynəlmiləlçiƏlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucovun məhkəməsibaşlayıb.

Trend xəbərverir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə tərəflərinanket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izahedilib.

Daha sonra hakim işin baxışa verilməsi barədə qərar qəbuledib.

Baxış iclası fevralın 25-ə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində fəaliyyətgöstərən qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərininqanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşıMübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaqaparılıb.

İbtidai istintaqla “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondununprezidenti Sərraf Orucovun səlahiyyətləri olmadığı halda, təsisetdikləri müxtəlif adda medal və döş nişanlarını pul müqabilində vəşəxsi münasibətlərə görə çoxsaylı şəxslərə təqdim etməklə, dövlətorqanları tərəfindən müvafiq xidmətlərinə görə vətəndaşlara verilənorden və medallara münasibətdə cəmiyyətdə yanlış təsəvvür vəçaşqınlıq yaratmalarına əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən Sərraf Orucov Cinayət Məcəlləsinin 309.1-ci(vəzifə səlahiyyətlərini aşma) maddəsilə ittiham edilib.

Məqalədə:
Избранный
23
az.trend.az

1Источники