RU

Azərbaycanın QHT nümayəndələri quru sərhədlə Ermənistana gediblər - VİDEO

Fevralın 13-14-də Ermənistanın paytaxtı İrəvanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində ikitərəfli “dəyirmi masa” təşkil olunacaq.

“Yeni Sabah” xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin bir araya gəlməsi nəzərdə tutulur.

Məlumata görə, Azərbaycan nümayəndə heyəti quru sərhədin delimitasiya edilmiş hissəsi vasitəsilə Ermənistan ərazisinə daxil olub. Bu fakt iki ölkə arasında sərhədin müəyyən edilmiş seqmentindən keçid baxımından diqqət çəkir.

“Dəyirmi masa” müzakirələrində regional sabitlik, etimad quruculuğu tədbirləri, humanitar əməkdaşlıq və gələcək vətəndaş təşəbbüsləri kimi məsələlərin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, “Sülh Körpüsü” təşəbbüsü iki ölkə arasında dialoq platforması yaratmağı və vətəndaş cəmiyyətləri arasında birbaşa ünsiyyəti təşviq etməyi hədəfləyir.

İlhamə Qasımlı


Telegram kanalımız
Избранный
17
1
yenisabah.az

2Источники