RU

ŞOK: Qərb Üçüncü Dünya Müharibəsinə BELƏ HAZIRLAŞIR – Tarix də bəllidir…

ABŞ, Kanada, Fransa və Böyük Britaniyada əhalisinin əhəmiyyətli hissəsi hesab edir ki, yaxın beş il ərzində Üçüncü dünya müharibəsinin başlama ehtimalı sülhün qorunub saxlanmasından daha yüksəkdir.

KONKRET.az xəbər verir ki, bu barədə Politico nəşri Public First şirkətinin son sorğusuna istinadən məlumat yayıb.

Araşdırmaya görə, 2025-ci ilin martı ilə müqayisədə yeni qlobal münaqişə riskini mümkün sayanların sayı əhəmiyyətli dərəcədə artıb. Public First-in ictimai rəy üzrə rəhbəri Seb Rayd bildirib ki, cəmi bir il ərzində Qərb ictimaiyyətinin mövqeyində baş verən dəyişiklik daha qeyri-sabit və təhlükəli dünya nizamının formalaşdığını göstərir və müharibə artıq bir çoxları üçün real ssenari kimi görünür.

Böyük Britaniya və ABŞ-da narahatlıq artır;

Böyük Britaniyada respondentlərin 43%-i 2031-ci ilə qədər yeni dünya müharibəsini ehtimal olunan versiya sayır (ötən il bu göstərici 30% idi).
ABŞ-da bu fikir 46% respondent tərəfindən bölüşülür (ötən il 38%).
Sorğuda iştirak edən beş ölkə arasında yalnız Almaniya sakinləri yaxın illərdə Üçüncü dünya müharibəsinin baş vermə ehtimalına daha skeptik yanaşır.

Bundan əlavə, ABŞ, Böyük Britaniya, Fransa və Kanadada respondentlərin azı üçdəbiri yaxın beş il ərzində nüvə silahından istifadə olunmasını mümkün hesab edir.
Narahatlığın səbəblərini
tədqiqat müəllifləri artan gərginliyi Rusiya–Ukrayna müharibəsi, eləcə də ABŞ-ın İran, Suriya, Venesuela və Afrika ölkələrində apardığı hərbi əməliyyatlarla əlaqələndirirlər. Bu proseslərin bir hissəsi ABŞ-ın prezidenti Donald Trampın dövrünə təsadüf edib.

Avropa ölkələrində Rusiya ən böyük təhlükə kimi göstərilir.

Kanadada isə respondentlər təhlükəni daha çox ABŞ-da görür.

Fransa, Almaniya və Böyük Britaniyada ABŞ potensial təhdidlər siyahısında ikinci, Çin isə üçüncü yerdə qərarlaşıb.

Eyni zamanda Fransa, Almaniya, Böyük Britaniya və Kanadada seçicilərin əksəriyyəti müdafiə xərclərinin artırılmasını zəruri hesab edir. Xüsusilə, Böyük Britaniya və Kanadada bu mövqe daha güclüdür. Lakin dövlət borcunun artması, sosial proqramların ixtisarı və ya vergilərin yüksəldilməsi kimi addımlar gündəmə gəldikdə, dəstək azalır.

Fransa və Almaniyada bu cür şərtlərlə hərbi büdcənin artırılmasına dəstək nisbətən aşağıdır, müvafiq olaraq 28% və 24% təşkil edir.

Sorğu həmçinin Avropa İttifaqı çərçivəsində vahid komandanlıq altında daimi ordu yaradılması ideyasına skeptik münasibəti üzə çıxarıb: Almaniyada respondentlərin 22%-i, Fransada isə 17%-i bu təşəbbüsü dəstəkləyir. Bununla yanaşı, məcburi hərbi xidmət ideyası Almaniya və Fransada daha geniş dəstək qazanıb, təxminən hər iki ölkədə respondentlərin yarısı bu təklifi müsbət qiymətləndirib.

Onlayn sorğu 6–9 fevral tarixlərində keçirilib. Araşdırmada ABŞ, Kanada, Böyük Britaniya, Fransa və Almaniyada ümumilikdə 10 289 nəfər iştirak edib. Hər ölkədən ən azı 2 min respondent sorğuya cəlb olunub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
56
2
konkret.az

3Источники