RU

110 min manatlıq dələduzluq edən şəxs hakim qarşısında

Bakıda 3 nəfərin külli miqdarda vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən Ramin Quliyevin cinayət işi üzrə məhkəməsi  yekunlaşıb. 

Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Hökmə əsasən, Ramin Quliyev 7 il müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, dövlət ittihamçısı Tural Yaqubov məhkəməyə təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Qeyd edək ki, məhkəmə istintaqı dövründə təqsirləndirilən Ramin Quliyev ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib.

İstintaqla məlum olub ki, Ramin Quliyev Qarabağ ərazisində tikinti materialları satmaq adı ilə paytaxt sakini və yaxın münasibətdə olduğu Aynurə Vəliyevadan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə ümumilikdə 110 min manat alaraq mənimsəyib.

Ramin Quliyev tərəfdən zərər görən digər zərərçəkən isə paytaxt sakini Vüqar Qasımov olub. R.Quliyev əmlak məsələləri ilə bağlı zərərçəkənin 15 min manatını ələ keçirərək verdiyi vədə əməl etməyib.

Təqsirləndirilənin etibarından sui-istifadə etdiyi digər zərərçəkən isə Aybəniz Adullayevadır. İttihamda bildirilir ki, Ramin Quliyev Aybəniz Abdullayevanı da eyni üsulla, yəni tikinti materialları alaraq Qarabağda satıb qazanc əldə etmək adı ilə 76 min manatını mənimsəyərək verdiyi vədə əməl etməyib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Избранный
26
2
bakivaxti.az

4Источники