RU

ABŞ polad və alüminium məhsullarına rüsumları yumşaltmağı planlaşdırır

Bakı, 13 fevral, AZƏRTAC

Ağ Ev administrasiyası rüsumların təsir etdiyi malların siyahısını nəzərdən keçirir və bəzi məhsullar, xüsusən də metal məmulatlar üçün tarifləri yumşaltmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Ötən yay ABŞ Prezidenti Donald Tramp polad və alüminium idxalına tarifləri ikiqat - 25 faizdən 50 faizədək artıran sərəncam imzalayıb. Qəzetin yazdığına görə, bəzi vəzifəli şəxslər mövcud rüsumların xüsusən qida və içkilərin qablaşdırmasında qiymətləri artırmaqla istehlakçılara zərər vurduğu fikrindədir.

Məmurların fikrincə, mövcud tarif rejiminin tətbiqi çox mürəkkəbdir və bunun üçün sadələşdirilməlidir. Qəzet yazır ki, potensial yumşalma ABŞ-ın Böyük Britaniya, Meksika, Kanada və Avropa İttifaqı kimi ticarət tərəfdaşlarına təsir göstərə bilər.

Избранный
24
azertag.az

1Источники