RU

ABŞ-də universitetdə atışma olub, ölənlər var

Cənubi Karolina ştatındakı universitetin kampusunda  atışma baş verib, nəticədə iki nəfər ölüb, ən azı bir nəfər yaralanıb.

"Unikal" xəbər verir ki,  bu barədə ABŞ KİV yazıb. 

Hadisə 12 fevral axşamı Hugine Suites yaşayış kompleksində baş verib. İnsidentdən sonra universitetdə karantin elan edilib. İstintaqa Cənubi Karolina Hüquq-mühafizə Departamenti (SLED) rəhbərlik edir.

Universitetdə dərslər 13 fevralda ləğv edilib və tələbələrə psixoloji dəstək göstərilir. Atışmanın mümkün törədicisi və onun motivləri barədə məlumat hələlik açıqlanmayıb.

Избранный
40
1
unikal.az

2Источники