RU

“Tramp üçün Rusiya-Ukrayna müharibəsinə son qoymaqdan daha böyük qələbə yoxdur” - Zelenski

“ABŞ Prezidenti Donald Tramp üçün Rusiya-Ukrayna müharibəsinə son qoymaqdan daha böyük qələbə yoxdur”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Atlantic” nəşrinə müsahibəsində deyib.

Zelenski müharibəyə son qoymaq ehtimalı barədə deyib:

“Tramp üçün ən sərfəli vəziyyət bunu ara seçkilərdən əvvəl etməkdir. Bəli, o, ölümlərin daha az olmasını istəyir. Bu həmdə onun üçün siyasi qələbə olacaq”, - deyə Ukrayna lideri əlavə edib.

Zelenski həmçinin əlavə edib ki, ölkəsi amerikalıların müharibəni uzatmaq istəmədiyinin anlamasını təmin etmək üçün hər hansı təklifləri dəstəkləyir.

Daşqın HəsənovMissiya.Az

Избранный
32
missiya.az

1Источники