RU

Azərbaycan hər zaman xarici siyasətində sülh, humanizm prinsiplərinə əsaslanır

Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan hər zaman xarici siyasətində sülh, humanizm, təhlükəsizlik, dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanır. Əlbəttə ki, bu müdrik siyasət kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ali rəhbərliyi ilə həyata keçirilir. Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Aynur Quliyeva deyib. O bildirib ki, Azərbaycanın dünyanın bir çox dövlətləri ilə səmimi dostluq, strateji tərəfdaşlıq əlaqələri vardır:"Azərbaycan dünyanın super gücə malik olan dövləti-ABŞ ilə ikitərəfli münasibətlərə hər zaman yüksək önəm verən dövlətlərdən biridir. Bu əlaqələrin formalaşması uzunmüddətli tarixi əsaslara söykənir və son onilliklər ərzində sabit şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, ABŞ ilə münasibətlərin artıq 25 ildən çox tarixi mövcuddur və bu müddət ərzində tərəflər arasında əməkdaşlıq daim səmimi, etibarlı və qarşılıqlı maraqlara əsaslanan xarakter daşıyıb. İki ölkə arasında fəal siyasi dialoq formalaşıb, iqtisadi və enerji sahələrində mühüm layihələr birgə reallaşdırılıb. Xüsusilə, Xəzər və Aralıq dənizlərini birləşdirən strateji neft kəmərlərinin tikintisi kimi qlobal əhəmiyyətli təşəbbüslərin həyata keçirilməsində ABŞ-ın dəstəyi mühüm rol oynayıb".Anar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
1
newscenter.az

2Источники