RU

Muazzez Ersoydan Epşteyn iddialarına CAVAB

Müazzəz Ersoy aylər əvvəl verdiyi bir müsahibədəki sözlərinin ABŞ-li milyarder Ceffri Epşteyn işi ilə əlaqələndirilməsinə sərt reaksiya göstərib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur sənətçi sözlərinin yanlış təhrif edildiyini bildirərək hüquqi yollara başvuracağını açıqlayıb.

Müazzəz Ersoy sözügedən müsahibədə yaşlanmaqla bağlı zarafatlı ifadələr işlədib. "Xüsusi heç nə etmirəm, bunu əvvəldən deyim. Fiziki olaraq yaşlanmayacağam. Yəni insan müəyyən bir yaşa çatdıqdan sonra bir az xəttlər olur, bir az qırışlar olur... Olmayacaq" deyən sənətçi jurnalistin "Bunu necə bacaracaqsınız?" sualına isə "O sehirli hovuzu tapacam" - cavabını vermişdi.

Sosial mediada bəzi hesabların paylaşımlarından sonra Müazzəz Ersoy açıqlamasında bu sözləri söyləyib: "Sosial media adlı çuxurun ən çox zərər çəkəniyəm deyəsən... İzləyicilərimi xəbərdar etməkdən və açıqlama verməkdən yoruldum. Bütün bunlarla vəkilim məşğul olacaq, məhkəmədə cavab verəcəklər."

Избранный
58
50
manset.az

10Источники