RU

Dövlət Miqrasiya Xidmətinə yanvarda 5 mindən artıq zəng daxil olub

Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu ilin yanvar ayında Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 Çağrı Mərkəzinə daxil olan 5348 zəng cavablandırılıb.

Bu barədə SİA-ya DMX-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbul edilən zənglərin 1508-i müvəqqəti yaşama icazəsi, 131-i müvəqqəti olma müddətinin uzadılması, 433-ü vətəndaşlıq məsələləri, 547-si olduğu yer üzrə qeydiyyat, 427-si daimi yaşama icazəsi, 690-ı iş icazəsi, 178-si inzibati xəta, 1434-ü isə digər məsələlərlə bağlı olub.

Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) fasiləsiz fəaliyyət göstərir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
39
5
sia.az

8Источники