RU

Azərbaycan–ABŞ münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib

"Azərbaycan 2025-ci ildə regionun aparıcı dövləti kimi mövqeyini daha da möhkəmləndirmiş, hərbi qüdrətini və beynəlxalq nüfuzunu artırmışdır. Avqust ayında Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri tərəfindən Birgə Bəyanatın imzalanması və sülh sazişinin paraflanması Cənubi Qafqazda münaqişə dövrünə son qoyaraq davamlı sülh, sabitlik və əməkdaşlıq üçün yeni perspektivlər açmışdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib: "Bunun davamı olaraq, 2025-ci ildə Azərbaycan-ABŞ münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin 10 fevral 2026-cı il tarixdə Bakıya rəsmi səfəri strateji dialoqun yüksək səviyyəsini nümayiş etdirmiş, regional təhlükəsizlik, enerji, nəqliyyat-logistika, yaşıl enerji və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün mühüm zəmin yaratmışdır.
Həmçinin, Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması münasibətlərin hüquqi əsaslarını möhkəmləndirmiş, regional sabitlik və enerji təhlükəsizliyi istiqamətində uzunmüddətli əməkdaşlıq üçün institusional çərçivə formalaşdırmışdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
22
olaylar.az

1Источники