RU

Strateji Xartiya ABŞ la hərtərəfli əlaqələrin intensivləşməsi üçün başlanğıcdır ŞƏRH

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 13 fevral, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vitse-prezidenti Cey. Di. Vens ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini əhatə edən geniş gündəliklə Azərbaycanda səfərdə oldu. Səfər ABŞ-ın Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallıq fonunda hərtərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsinə xidmət edir. Görüşdə sülhə və sabitliyə xidmət edən layihələrin praktiki icrası üçün mövcud çağırışlar və regional reallıqlar ətrafında məhdud və geniş formatda müzakirələr aparıldı.

Bunu AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.

Onun sözlərinə görə, bu səfər Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında ötən ilin avqustunda Vaşinqtonda, cari ilin yanvarında isə Davosda aparılan siyasi dialoqun Bakıda davamı kimi də qiymətləndirilə bilər.

“Mühüm məqamlardan biri odur ki, bu səfər Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün nəzərdə tutulmuş 6 aylıq müddətin başa çatdığı dövrə təsadüf edirdi. Burada əsas məsələ hər iki ölkənin ali siyasi liderləri tərəfindən münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması barədə verilmiş qərar və bu istiqamətdə həyata keçirilən prinsipial siyasətdir. Nəticədə Prezident İlham Əliyev və Prezident Donald Trampın Azərbaycan və ABŞ hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə ötən ilin 8 avqust tarixində imzaladıqları müvafiq Anlaşma Memorandumunun müddəaları əsasında tərtib edilmiş sözügedən Xartiya imzalandı. Strateji Tərəfdaşlıq haqqında Xartiya Azərbaycan–ABŞ münasibətlərində praktiki əməkdaşlıq üçün institusional çərçivənin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Tramp-Vens administrasiyasının Xəzər bölgəsi ilə bağlı strategiyasının təhlili göstərir ki, həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya strategiyalarında Azərbaycan etibarlı tərəfdaş kimi mərkəzi mövqedə dayanır. Xüsusilə Mərkəzi Asiyadan nadir qiymətli metalların və digər strateji əhəmiyyətli məhsulların dünya bazarlarına, o cümlədən ABŞ-a tədarükündə Azərbaycanın əlverişli coğrafi mövqeyi və yaratdığı infrastruktur həlledici rol oynayır.

ABŞ-ın Avropadakı NATO müttəfiqləri Mərkəzi Asiyadan xüsusi ilə hərb sənayesində ciddi ehtiyac duyduğu qiymətli metalların idxalında maraqlıdır. Bu sahədə tələb olun 39 müxtəlif qiymətli metalın 9 növü Avropa ərazisində kritik həddə çatışmazlığı ilə ciddi narahatlıq yaradır. Həm ABŞ, həm də Avropanın sənaye dövlətləri Çindən asılılığı azaltmaq və şaxələndirməyə nail olmaq məqsədi ilə xüsusi ilə Qazaxıstan və Özbəkistanla bu sahədə uzunmüddətli əməkdaşlıq planlayırlar. Təbii ki, bu məhsulların tədarükündə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, yəni Orta Dəhliz, eləcə də onun vacib seqmenti kimi Zəngəzur dəhlizi və ya TRİPP marşrutu etibarlı və sabit ixrac yolu kimi çıxış edir. Xüsusilə TRİPP marşrutu istifadəyə verildikdən sonra onun strateji əhəmiyyəti getdikcə artacaq. Bunun təsdiqi kimi ABŞ Ermənistanla cari ilin yanvarın 14-də Vaşinqtonda imzalanan TRİPP-in icrasına dair Çərçivə sənədində Amerika şirkətinin payının növbəti 49 il ərzində 76 faiz olmasını rəsmiləşdirdilməsi qeyd oluna bilər”, - deyə deputat bildirib.

R.Nəbiyev əlavə edib ki, enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur sahəsində iqtisadi sərmayələr, eləcə də, müdafiə sənayesi, təhlükəsizlik və terrorla mübarizə kimi istiqamətlərin prioritetləşdirilməsi Xartiyanın əsasında durur: “Xartiya strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmış münasibətlərin qeyd edilən sahələrdə intensivləşdirilməsi və dərinləşdirirlməsi üçün hələ başlanğıcdır və ümumilikdı baza rolunu oynayır. Belə ki, xartiyada institusional çərçivə adlanan dördüncü bölmə nəzərdə tutur ki, sənəddən irəli gələn öhdəliklərini yerinə yetirməklə bağlı ortaq niyyəti qəbul edən Tərəflər mövcud Strateji Tərəfdaşlıq çərçivəsinin bir hissəsi kimi, iqtisadiyyat və ticarət; enerji; bağlantılar, AI və rəqəmsal inkişaf; təhlükəsizlik və müdafiə daxil olmaqla, əməkdaşlıq sahələri üzrə İşçi Qrupları yarada bilərlər. Müvafiq İşçi Qrupları növbəti üç ay ərzində layihələrin siyahısını və onların həyata keçirilməsi üçün yol xəritələrini razılaşdırmaq niyyətindədirlər. Bu baş verdikdən sonra sahəvi münasibətlərin inkişafı və qarşılıqlı faydası daha konkret forma alacaq”.

Deputat qeyd edib ki, C5+1 formatının 10-cu ildönümünü qeyd etmək məqsədilə Vaşinqtonda səfərdə olan beş Mərkəzi Asiya ölkəsinin prezidentləri 2025-ci il noyabrın 7-də baş tutan Zirvə görüşündən sonra iqtisadi sahədə niyyətə dair birgə bəyanat imzaladılar.

Rizvan Nəbiyev əlava edib ki, bu günlər Bişkekdə B5+1 biznes platformasının təsis edilməsi ABŞ-Mərkəzi Asiya əməkdaşlığının institutlaşdırılmasını və uzunmüddətli strateji vizyona malik olmasını təsdiqləyir. B5+1 formatı ötən ilin noyabrında 10 illiyi qeyd olunan C5+1 siyasi dialoq platformasının biznes analoqu kimi təsis edilib: “ABŞ Vitse-prezidenti Vensin səfər gündəliyində yer almış Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıq, formalaşdırdığı status-kvo və onun üstünlüklərinə əsaslanan əməkdaşlıq planları indi reallaşma mərhələsinə daxil olur. Prezident İlham Əliyevin sülh və sabitliyə xidmət edən əməkdaşlıq gündəliyinin Prezident Donald Tramp tərəfindən müxtəlif beynəlxalq platformalarda yüksək qiymətləndirilməsi, eləcə də, iki lider arasında mövcud olan etibarlı şəxsi münasibətlər strateji tərəfdaşlıq əlaqələrinin uğurunu şərtləndirən əsas amillərdəndir. Yaxın vaxtlarda bu əməkdaşlıq konkret nəticələrdə öz əksini tapacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
azertag.az

2Источники