Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.
Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsi – ekspertlər və jurnalistlər bu gün quru sərhədinin delimitasiya olunmuş hissəsindən Ermənistana gediblər.Modern.az xəbər verir ki, bu, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana ikinci səfəridir, lakin sərhədin delimitasiya olunmuş hissəsindən birinci keçiddir.
30 ildən sonra ilk dəfə olaraq Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistan-Azərbaycan sərhədini adlayıblar. Qeyd edək ki, Azərbaycan nümayəndələri Qazax rayonu ərazisindən Ermənistanın Tavuş vilayətinin sərhəddə yerləşən Kirants rayonuna daxil olublar.
Ermənistan İctimai Radiosunun məlumatına görə, səfər "Sülh Körpüsü" təşəbbüsünün bir hissəsidir. 13-14 fevral tarixlərində İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək.
Erməınistana gedən Azərbaycan nümayəndə heyətinə 17 nəfər daxildir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.