RU

ABŞ və Avropada əhali əmindir: Tezliklə 3-cü dünya müharibəsi başlayacaq

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa sakinləri III dünya müharibəsinin növbəti beş il ərzində başlaya biləcəyinə getdikcə daha çox inanırlar.

Publika.az xəbər verir ki, bu barədə "Politico" jurnalının keçirdiyi sorğunun nəticələrində bildirilir.

Tədqiqata görə, ABŞ-da respondentlərin 46%-i, Böyük Britaniya və Fransada 43%-i, Almaniyada isə 40%-i qlobal münaqişə ehtimalına inanır. Qeyd olunur ki, narahatlıq səviyyəsi 2025-ci ildə aparılan oxşar sorğu ilə müqayisədə xeyli artıb.

Bundan əlavə, ABŞ, Böyük Britaniya, Fransa və Kanadada respondentlərin ən azı üçdə biri növbəti beş il ərzində potensial müharibədə nüvə silahlarından istifadə olunacağına inanır.

Sorğu 6-9 fevral tarixləri arasında aparılıb. Sorğuda ABŞ, Kanada, Birləşmiş Krallıq, Fransa və Almaniyadan 10.300 yetkin respondent iştirak edib. Səhv həddi 2 faiz bəndidir.

Избранный
29
publika.az

1Источники