Xəbər verdiyimiz kimi, Bakıda məktəbli qəfil vəfat edib.
Hadisə Nəsimi rayonunda qeydə alınıb.10 yaşlı Elcan Məmmədov yaşadığı evdə səhhətinin qəfil pisləşməsi səbəbindən dünyasını dəyişib.
211 saylı orta məktəbin 4-cü sinif şagirdi olan Elcanın son günlər qripə yoluxduğu bildirilib.
Məsələ ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən “Cebheinfo.az”-a bildirilib ki, 12.02.2026-cı il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonundan çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə nəticəsində 2016-cı il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb”.