RU

Dövlət Dəniz və Liman Agentliyinin əməkdaşları dəniz təhlükəsizliyi üzrə beynəlxalq təlimdə iştirak ediblər (FOTO)

Bakı.Trend:

Dövlət Dəniz və Liman Agentliyinin əməkdaşları Portuqaliyanınpaytaxtı Lissabon şəhərində Avropa Dəniz TəhlükəsizliyiAgentliyinin (EMSA) təşkil etdiyi “Dəniz auditorları üçün ümumiəsas tədris proqramı kursu” adlı beynəlxalq təlim proqramındaiştirak ediblər.

Trend xəbərverir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN)məlumat yayıb.

Bildirilir ki, beş gün davam edən təlim proqramı dəniznəqliyyatı sahəsində audit fəaliyyəti üzrə vahid metodolojiyanaşmanın formalaşdırılması məqsədi daşıyıb.

Beynəlxalq təlim çərçivəsində audit prinsipləri üzrə ISOstandartının tətbiqi, təsnifat cəmiyyətlərinin audit mexanizmləri,həmçinin Gəmi və Liman Vasitələrinin Mühafizəsi, Əmniyyətliİdarəetmə haqqında beynəlxalq məcəllələrin tələblərinə uyğun olaraqhəyata keçirilən auditlər barədə fikir mübadiləsi aparılıb.

Sonda Agentliyin nümayəndələri proqramı uğurla başa vuraraqsertifikatlarla təltif olunublar.

Qeyd edək ki, təlimdə Agentliyin Təsnifat Cəmiyyətləri ilə işşöbəsinin müdiri İbrahim Salmanov, Gəmi qeydiyyatı və sənədlərişöbəsinin müdiri Cavidan Qasımlı və Limanlar və dəniz əməliyyatlarıbazaları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən PərvizAbbasov iştirak edib.

Dövlət
Dövlət
Dövlət
Dövlət
Избранный
102
az.trend.az

1Источники