İspaniya Kubokunun ilk yarımfinal oyunu keçirilib və “Atletiko” öz meydanında “Barselona”nı darmadağın edib. Görüş 4:0 hesabı ilə başa çatıb.
Publika.az xəbər verir ki, bütün qollar ilk hissədə vurulub. Kataloniya təmsilçisi sonuncu dəfə bir hissədə 4 qol 2020-ci ildə “Bayern”dən (2:8) Çempionlar Liqasında buraxmışdı. Həmin vaxt Münhen klubunu “Barselona”nın indiki baş məşqçisi Hans-Diter Flik çalışdırırdı.
Bu nəticə həm də “Barsa”nın Flikin rəhbərliyi altında ən ağır məğlubiyyəti, eləcə də alman mütəxəssisin 2005-ci ilin martından bəri baş məşqçi kimi ən böyükhesablı yenilgisi olub.