RU

Deputat: Bələdiyyələrin dayanıqlı gəlir mənbələri formalaşdırılmalıdır

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Milli Məclisin plenar iclasında deputat Vasif Qafarov “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə”ni şərh edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, o bildirib ki, bələdiyyələrin fəaliyyəti daha şəffaf və hesabatlı olmalıdır, lakin kənd bələdiyyələrinin çoxu hələ də zəif fəaliyyət göstərir.

Deputat vurğulayıb ki, torpaqların sərhədlərinin dəqiq müəyyən edilməməsi və icarə qiymətlərinin yüksək olması bələdiyyələrin gəlir əldə etməsinə mane olur. V.Qafarov əlavə edib ki, dayanıqlı gəlir mənbələri olmayan bələdiyyələrin real iş görmək imkanları məhduddur və bunun aradan qaldırılması üçün kompleks tədbirlər görülməlidir.

O həmçinin müsbət nəticələr əldə etmiş şəhər bələdiyyələrinin təcrübəsinin digər bələdiyyələrə yayılmasının vacibliyini qeyd edib.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
bakivaxti.az

1Источники