Dünən İran prezidenti Məsud Pezeşkian Gülüstan əyalətinə səfəri çərçivəsində tibbi xidmətlərlə bağlı keçirilən iclasda iştirak edib.
Turkustan.az “Mehr News”a istinadən xəbər verir ki, iclas zamanı Pezeşkian yenidən Azərbaycan dilində şeir səsləndirərək, tədbir iştirakçılarında coşqu yaradıb.
Pezeşkian böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” şeirindən bir parça oxuyub və insanlıq, vətən sevgisi, xeyirxahlıq kimi dəyərləri ön plana çəkən misralarla çıxışını müşayiət edib.
Onun dilindən səslənən “Göylər bütün dumandır, günlərimiz yamandır”, “Yaxşılığı əlimizdən alıblar”, “Yaxşı bizi yaman günə salıblar” kimi ifadələr diqqət çəkib.
Bizim.Media