RU

Fransada yanğın təhlükəsizliyi qaydalarına əməl etməyən obyektlərlə bağlı araşdırma başlayıb

Paris, 13 fevral, AZƏRTAC

Fransada yanğın təhlükəsizliyi ilə bağlı nəzarət tədbirləri gücləndirilib. Bu ilin əvvəlindən indiyədək ölkənin 78 departamentində ictimaiyyət üçün açıq olan 443 obyekt yoxlanılıb.

AZƏRTAC Fransanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, 195 obyektdə aparılan yoxlamalar zamanı yanğın əleyhinə qaydalara əməl edimədiyi aşkarlanıb. Nəticədə 45 obyektin bağlanmasına dair qərar verilib.

Müvafiq qurumların nümayəndələri bildiriblər ki, yoxlamalar davam etdiriləcək və ictimai məkanlarda təhlükəsizlik standartlarına əməl olunmasına nəzarət daha da gücləndiriləcək.

Избранный
25
1
azertag.az

2Источники