RU

ABŞ İran müharibəsinin başlaması Yaxın Şərq üçün əsl fəlakət ssenarisidir ŞƏRH

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp yenidən bəyan edib ki, Tehran Vaşinqtonla saziş bağlamalıdır, əks halda ABŞ İrana qarşı qətiyyətli tədbirlər görə bilər.

Redaktor.az-a danışan politoloq Elçin Xalidbəyli bildirdi ki, Amerika Birləşmiş Ştatları İranla bağlı məsələdə qətiyyətli mövqe tutmağa çalışır.

Siyasi şərhçinin sözlərinə görə, böyük ehtimalla İran üçün seçim anı sürətlə yaxınlaşır:

"Çünki Ağ Evin tələbləri çox konkretdir. Tramp administrasiyası İranın nüvə texnologiyalarına sahib olmamasında qətiyyətli mövqe tutur. Rəsmi Tehran isə bunu İranın suveren hüququ hesab edir və geri çəkilmək istəmir. Təbii ki, belə situasiyada tərəflərdən biri qətiyyətli mövqe tutmaq məcburiyyətindədir. Gərginlik prosesinin uzun müddət davam etməsi də mümkün deyil. Hansısa mərhələdə həlledici addımın atılması qaçılmaz ola bilər".

Müsahibimiz vurğuladı ki, ABŞ artıq həlledici addımı atmağa ciddi şəkildə hazırlaşır:

"İranın yerləşdiyi bölgəyə daha bir savaş gəmisi göndərilib. Həmin bölgədə artıq ABŞ-nin olduqca ciddi hərbi kontingenti cəmləşib və İrana hərbi müdaxilə üçün bütün hazırlıq görülüb. Rəsmi Tehran Tramp administrasiyasının şərtlərini, tələblərini yerinə yetirməzsə, son nəticədə də sazişi imzalamazsa, o halda ABŞ İrana qarşı hərbi müdaxilə etmək məcburiyyətində qala bilər. Bu da olduqca təhlükəli bir ssenaridir. Çünki İrana qarşı hərbi müdaxilə İran ətrafı regionları, xüsusilə də İranla sərhəd dövlətləri ciddi şəkildə təsir altına ala bilər. Yəni İranla sərhəd dövlətlər bu müharibədən birmənalı şəkildə neqativ təsirlər ala bilərlər. Xüsusilə də humanitar sahə üzrə olduqca ciddi nəticələrin ola biləcəyi qətiyyən istisna deyil. Ümumiyyətlə, İrana növbəti hərbi müdaxilə və yaxud da ABŞ-İran müharibəsinin başlaması bütövlükdə Yaxın Şərq regionu üçün əsl fəlakət ssenarisidir".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
redaktor.az

1Источники