RU

Yüzlərlə istismar müddəti bitmiş binaların sakinlərinin köçürülməsi mümkün olmur Deputat

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Dövlət tərəfindən abidə kimi tanınan çoxlu binalar var".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı bildirdi.

Onun sözlərinə görə, bu binalar böyük bir problem yaradır:

"Amma bölgələrdə, xüsusən Sabunçu, Qaradağ, Xəzər dənizi kənarında bu, ciddi bir sıxıntı yaradır. Yüzlərlə neft dövründən, sovet dövründən qalan, istismar müddəti bitmiş binaların sakinlərinin köçürülməsi mümkün olmur. Çünki bu, iş adamı üçün əlverişli nəticə yaratmır. O baxımdan mən hesab edirəm ki, bu cür qanunvericilik təcrübəsinin Azərbaycanda da tətbiq olunması xeyli vətəndaşı məmnun edə bilər".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
73
1
redaktor.az

2Источники