RU

Transseksual 10 nəfəri öldürdü

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən məktəbdəki silahlı insidentlə bağlı detallar açıqlanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisəni törədən  transseksual olub.  

Royal Canadian Mounted Police (RCMP) tərəfindən verilən məlumata görə, hücumu həyata keçirən şəxs təxminən 4 il əvvəl məktəbi tərk etmiş 18 yaşlı Jesse Van Rootselaar olub. Bildirilir ki, hücumdan əvvəl o, evində anasını və ögey qardaşını da qətlə yetirib.

Məktəbdə baş verən silahlı hücum zamanı 6 nəfər həyatını itirib. Ölənlər arasında 39 yaşlı bir təhsil işçisi və 12–13 yaşlı şagirdlər olduğu açıqlanıb. Hücumçu da daxil olmaqla ümumilikdə 10 nəfərin öldüyü bildirilir.

Hadisə Kanada tarixində ən qanlı ikinci məktəb hücumu kimi qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
lent.az

1Источники