RU

"Mən xüsusi bir şey etmirəm"

Yazını böyüt
Yazını kiçilt

Müğənni Muazzez Ersoyun keçmiş müsahibəsində "sehrli hovuz" ifadəsini işlətməsi Ceffri Epşteynlə əlaqələndirilir. 

Hafta.az xəbər verir ki, Muazzez Ersoy sosial mediada yayılan həmin iddiaya sərt reaksiya verib. İddiada onun aylar əvvəl verdiyi müsahibədə ifadələrin Ceffri Epşteyn məsələsi ilə əlaqəli olduğu iddia edilib.

Sözügedən müsahibədə Ərsoy bildirib ki, "Mən xüsusi bir şey etmirəm. Fiziki olaraq qocalmayacam. Müəyyən bir yaşdan sonra insanlarda bəzi xətlər, qırışlar, əmələ gəlir... Amma mən bunu etməyəcəyəm. Mən o sehrli hovuzu tapacağam".

Sözlərinin təhrif olunduğunu deyən Ərsoy sosial media hesabında verdiyi açıqlamada vəziyyətə reaksiya verib və məhkəmə prosesi başladacağını bildirib:

"İzləyicilərimi xəbərdar etməkdən və izahat verməkdən bezmişəm. Onlar yumoristik bir tabloid müsahibəsi götürüb məni belə iyrənc bir adın yanına sürüklədilər. Ayıb olsun onlara! Bütün bunları vəkilim həll edəcək və onlar məhkəmədə cavabdeh olacaqlar".

Избранный
55
hafta.az

1Источники