UEFA 2024/2025-ci illər mövsümü üzrə Çempionlar Liqasında iştirak edən klubların maliyyə göstəricilərini açıqlayıb.
90deqiqe.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, hesabatda turnirin pley-off mərhələsində mübarizəni dayandıran Qarabağ klubunun əldə etdiyi gəlir də yer alıb.
Sənədə əsasən, Azərbaycan təmsilçisi Çempionlar Liqasının təsnifat mərhələlərindəki iştirakına və çıxışına görə ümumilikdə 4 milyon 290 min avro məbləğində gəlir əldə edib.
Qeyd edək ki, Avropanın ən nüfuzlu klub turnirində maliyyə bölgüsü komandaların mərhələlər üzrə iştirakı və idman nəticələrinə uyğun şəkildə müəyyənləşdirilir.