RU

Fitso özündən çıxdı, Niderlandı ittiham etdi: Qarışmamalıdırlar!

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Niderland Avropa İttifaqı ölkələrinin daxili işlərinə qarışmamalıdır”. 

Globalinfo.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.

Baç nazir Niderlandın yeni koalisiya razılaşması təklifini tənqid edib:

“Bu koalisiya konkret şəkildə Avropa ittifaqının maliyyələşdirməsinin qarşısını alacaq. İttifaqın Macarıstan və Slovakiya kimi üzvlərinin səsvermə hüquqlarını məhdudlaşdıracaq. Belə bir qərar isə Avropanı sarsıdacaq”.

Qeyd edək ki, Macarıstan və Slovakiyanın qarşı çıxmasına baxmayaraq, Brüssel Ukraynanın 2027-ci ildə Aİ-yə qəbul edilməsinə qərar verib. Həmçinin Rusiyanın Avropadakı aktivlərinin Ukraynanın hesabına yatırılması qərarına görə Almaniya və Fransa arasında da ciddi fikir ayrılığının yaşandığı bildirilir.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
38
globalinfo.az

1Источники