Pentaqon hazırda Karib dənizində yerləşən “Gerald R. Ford” təyyarədaşıyan gəmisini və onu müşayiət edən gəmiləri Yaxın Şərqə göndərmək niyyətindədir.
Herbiand.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT)qəzeti dörd mənbəyə istinadən xəbər verib.
Gəmilərin aprelin sonu və ya mayın əvvəlinə qədər öz limanlarına qayıtması gözlənilmir.
NYT-nin məlumatına görə, yeni əmrlərə əsasən, “Gerald R. Ford” təyyarədaşıyan gəmisinin zərbə qrupu ABŞ prezidenti Donald Trampın İran rejiminə qarşı yenilənmiş təzyiq kampaniyasının bir hissəsi olaraq Fars körfəzindəki “Abraham Linkoln” təyyarədaşıyan gəmisinin zərbə qrupuna qoşulacaq. Pentaqon bu məlumatla bağlı heç bir şərh verməyib.
Bu həftənin əvvəlində Tramp Amerika xəbər portalı “Axios”a verdiyi müsahibədə bölgəyə ikinci Amerika təyyarədaşıyan gəmisi və onunla əlaqəli gəmilər yerləşdirməyi düşündüyünü bildirib. "Ya razılığa gələcəyik, ya da keçən dəfə etdiyimiz kimi çox sərt tədbirlər görməli olacağıq", - deyə Tramp bildirib.