RU

Bukmekerlər onu Avroviziya nın qalibi görür

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Bukmekerlər "Avroviziya 2026"nın əsas qalib namizədini müəyyənləşdiriblər.

Axşam.az xəbər verir ki, eurovisionworld.com bununla bağlı məqalə dərc edib. Məlumata görə, hazırda beynəlxalq mahnı müsabiqəsində qələbə şansı ən yüksək olan ölkə İsraildir (11%). Onu Finlandiya (11%), Yunanıstan (8%), İsveç (7%) və Niderland (6%) izləyir.

Maraqlıdır ki, bukmekerlərin əsas favoriti olan İsrail üzrə hələlik yalnız müsabiqə iştirakçısı müəyyənləşib. Belə ki, ölkəni Noam Betan şouda təmsil edəcək. Onun mahnısı martın əvvəlində təqdim olunacaq.

Xatırladaq ki, 70-ci dəfə keçiriləcək gecədə İsrailin iştirakı bəzi etirazlara səbəb olub. Qalmaqallar fonunda İrlandiya, Niderland, İspaniya, İslandiya və Sloveniya müsabiqədə iştirak etməyəcəklərini açıqlayıblar.

Qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya təmsilçisi "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub. "Avroviziya" müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
axsam.az

1Источники