RU

Yaponiya Çinin gəmisini saxlayıb: gərginlik artır

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Yaponiya Balıqçılıq Agentliyinin məlumatına görə, Çin gəmisinin 47 yaşlı kapitanı göyərtədə yoxlama üçün dayanma əmrinə məhəl qoymamaqda günahlandırılır. Gəmidə daha on nəfər olub. “Biz xarici gəmilər tərəfindən qanunsuz balıq ovu hallarının qarşısını almaq və bundan çəkindərmək üçün hüquq-mühafizə fəaliyyətimizdə qətiyyətli addımlar atmağa davam edəcəyik”, - Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Minoru Kihara mətbuat konfransında deyib. “Reuters” agentliyi qeyd edir ki, Yaponiya son illərdə Cənubi Koreya və Tayvandan olan balıqçı gəmilərini saxlayıb, lakin çinli balıqçılarla bağlı bu insident 2022-ci ildən bəri ilk hadisədir. Həm də bu, ölkələr arasında diplomatik gərginliyin artması fonunda baş verir. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
143
azvision.az

1Источники