Bakı. Trend:
10 fevral tarixində Asiya İnkişaf Bankı (AİB), “Unicapitalİnvestisiya Şirkəti” ASC (Unikapital) və ABB-Invest İnvestisiyaŞirkəti QSC (ABB Invest) Azərbaycanda kapital bazarlarının inkişafıilə bağlı beynəlxalq forum təşkil edib. AİB-in ölkə üzrə direktoruSünniyə Durrani-Camal, Unicapital-ın baş direktoru Vüqar Namazov vəABB Invest-in baş direktoru Nadir Babazadə “Azərbaycan üçünİnkişafın Növbəti Mərhələsi: Yaşıl və Davamlı Artım Üçün KapitalBazarları” forumunda açılış nitqi ilə çıxış edib.
Tədbirin məqsədi kapital bazarının inkişafı üçün imkanlaryaratmaq, eləcə də qlobal və regional səviyyədə tendensiyalara vəAzərbaycanda kapital bazarı formalaşdıran tənzimlənməmexanizmlərinin inkişafına dair fikir mübadiləsinə təkan verməkdir.Tədbirdə səmərəli və dayanıqlı kapital bazarlarına dəstək olmaqüçün güclü maliyyə infrastrukturuna, rəqəmsal transformasiyaya vərisklərin idarə edilməsi alətlərinə olan ehtiyac vurğulanıb. AİBdigər inkişaf etməkdə olan üzv ölkələrdə əldə etdiyi uğurları vəpraktiki nümunələri təqdim edib. Bank, həmçinin ənənəvi və ƏSİ(ESG) maliyyələşməsinə dair imkanlar da daxil olmaqla, mövcud vəpotensial emitentlər üçün bilik mübadiləsi təşkil edib. Beynəlxalqkorporasiyalar, inkişaf tərəfdaşları, beynəlxalq maliyyə qurumları,dövlət müəssisələri, habelə özəl və maliyyə sektorundan 60-dan çoxiştirakçı tədbirdə iştirak edib.
“Unicapital İnvestisiya Şirkəti” ASC müştərilərinə kapitalbazarlarında müasir, təhlükəsiz və rahat həllər təqdim edənAzərbaycanın aparıcı investisiya şirkətlərindən biridir. Şirkət2007-ci ildən qiymətli kağızlar bazarında peşəkar iştirakçıdır,eyni zamanda Bakı Fond Birjasının ilk və ən uzunmüddətli üzvüdür.Hazırda şirkətin müştərilərinin sayı 1.000.000-u keçib.
Unicapital kapital bazarları vasitəsilə kapital cəlb etməkdəfəal iştirak edir və Azərbaycanda beynəlxalq yaşıl maliyyəstandartlarına uyğun ilk istiqrazların anderrayteri kimi çıxışedib.
Unicapital-ın nizamnamə kapitalı tamamilə “Unibank KB” ASC-yəməxsusdur.
Cəmi dövriyyəsinə görə bazarda lider mövqedə olan ABB Investinvestorlara vahid elektron platforma vasitəsilə həm yerli, həm dəbeynəlxalq bazarlarda, o cümlədən ABŞ hökuməti və korporativistiqrazları da daxil olmaqla, səhmlərə və istiqrazlara maneəsizçıxış imkanı təqdim edir. Hesablar birbaşa müştərinin adınarəsmiləşdirilir və SIPC sığortası ilə təmin edilir, bu daaktivlərin tam qorunmasını və etibarlılığını təmin edir.
ABB Invest bir sıra yerli və xarici emitentlərin istiqrazlarınıAzərbaycanda kapital bazarında bir ilk olaraq geniş investorkütləsinin elektron platforma vasitəsilə əldə etməsinə imkanyaratmış və yerləşdirmə prosesini uğurla həyata keçirmişdir.
AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv vədavamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır.AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışlarıhəll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətliinfrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyəalətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır.AİB 1966-cı ildə yaradılıb, 50-i regiondan olmaqla bankın 69 üzvüonun səhmdarlarıdır.