RU

Eyyub Hüseynovdan ŞOK AÇIQLAMA: Endirim kampaniyaları alıcının cibinə girməkdir

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Marketlərdə endirim kampaniyaları vüsət alıb. Bu, bəlkə də Ramazan ayının gəlişi, həm də Novruz çərşənbələrinin yaxınlaşması səbəbindən ana-bacılarımızın bişir-düşürə hazırlıqlara başlamasıyla bağlıdır. Təbii ki bazar da buna uyğunlaşmağa və daha çox məhsul satışa çıxarmağa meyllənir. “Araz” marketlər şəbəkəsində hazırda endirimli qiymətlərlə 7 çeşid kərə yağı satışdadır. 20 manatdan 16 manata, 25-dən 18-ə, 18-dən 13-ə, hətta adi vaxtlarda 25-26 manata satışa qoyulan “Moloçnıy Mir – Qoroden” kimi bahalı yağ hazırda 15 manata (14.99) satışdadır. Alıcılar isə bu nəhəng endirim kampaniyasından şübhələnirlər. Nə baş verdi ki, bahalı yağlar birdən-birə endirimə düşdü?!. Qeyd edək ki, yerli bazarda, o cümlədən marketlərdə kərə yağı adı altında tərkibi dəyişdirilmiş, palma yağı, duru yağlar, piy qatılmış yağların satıldığına dair daim söz-söhbət dolaşır. Şübhə yaradan həm də bu amildir ki, müxtəlif ölkələrdən idxal edilən kərə yağları yerli idxalçılar tərəfindən müəssisələrdə paketlənir və yağın tərkibinə qatqıların əlavə olunması da bu zaman baş verir. Yerli istehsalçılara inam qalmayıb. Çünki kərə yağı bilib aldığımız yağlar kərə tamı vermir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin uyğunluq sertifikatı olmayan yağları satışdan çıxarması halları da olub, var. Elə isə endirim kampanyalarına etibar etmək olarmı? 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında endirim kampaniyalarının müdhiş səbəblərini açıqladı: 

- Satış şəbəkələri ilə təchizatçılar arasında ciddi problemlər yaşanır. Mağazalar şəbəkəsinə mal yerləşdirmək üçün, rəfdə yer almaq, rəfi arendaya götürmək üçün böyük miqdarda ödəniş edilməlidir. Rusiya, Türkiyədən fərqli olaraq bizim ölkədə market rəhbərləri, mağaza sahibləri təchizatçıya pulu vaxtında qaytarmırlar. Ki, təchizatçı da ticarətini genişləndirə bilsin, investisiya qoya bilsin, əlinə gələn pulla yenidən məhsul idxal etsin. Böyük miqdarda borclu qalırlar təchizatçılara. Satış şəbəkəsinə daxil olandan sonra isə mağaza, market sahibləri təchizatçı ilə istədiyi kimi rəftar edir. Deyir ki, endirim kampaniyası edəcək. Bunu daha çox alıcı cəlb etmək üçün edirlər. Təchizatçı isə etiraz edə bilmir, çünki əks halda rəfi itirəcək. Müəyyən hədiyyə kampaniyaları, endirim kampaniyaları təşkil edirlər, təchuzatçıları da buna şərik edirlər, onların zərərinə olsa da. Təchizatçı da ziyandan yayınmaq üçün məcbur olur qiymətləri qaldırmağa, nəticədə bütün bu proses alıcının cibinə təsir edir. Alcının cibindən çıxır o pul. Bu, qapalı bir dairədir, hər nə edirlər, sonda ziyana düşən alıcı, istehlakçıdır. Endirim kampaniyaları istehlakçı üçün yaxşıdır, biz həmişə bunu təqdir edirik ki, ərzaq məhsullarının qiyməti yüksəlməməlidir, amma təchizatçı üçün bu, ziyanlıdır. Marketlərin anbarında malları bəzən elə şəraitdə saxlayırlar ki qısa müddətdə yararsız hala düşür. Bu zaman da təchizatçını – idxalçını məcbur edirlər endirim kampaniyasına qoşulmağa. Hesab edirəm ki, Nazirlər Kabineti təchizatçı ilə satış şəbəkələri arasında münasibətləri tənzimləyəcək müvafiq sənəd hazırlayıb qərar qəbul etməlidir. Satış şəbəkəsi təchizatçıya idxal olunan məhsula görə ödənişi hansı zaman müddətində qaytarmalıdır. Bu, mal və məhsulların istehlak müddətindən asılı olaraq dəyişə bilər. Məsələn, çörək, ət məhsullarıdırsa, istifadə müddəti daha azdır, nəinki quru ərzaqlar. Təsəvvür edin, çörək zavodu, çörək sexlərinin rəhbərləri bildirir ki, filan marketlər şəbəkəsində 30 santimetrlik rəf götürmək istəyirik, deyirlər yox, 50 santimetrlik götürməlisiniz. Gərək rəfdə çörək çox olsun, çox görünsün. Amma deyir, bilirik ki bu qədər çörək satılmayacaq, axşam “vozvrat” götürəcəyik. Razılaşmırlar, məcbur olub onların dediyini edirik, axşam boyat çörəyi geri götürürük, heyvan yeminə çeviririk, ziyana düşürük. Bu izafi xərclər də istehlakçıya yüklənir. 

Endirimdə olan kərə yağlarının keyfiyyətinə gəlincə, E.Hüseynov bildirdi ki, yalnız Yeni Zelandiya istehsalı olan və ölkəmizə idxal edilən “WestQold” yağlarının keyfiyyətli olduğunu bilir. Çünki bu yağın istehsal edildiyi zavodda olub və Azərbaycan dilində yazıların orada paketlərin üzərinə vurulduğunu görüb. Yağın tərkibinə heç bir əlavə maddə qatılmadına əmin olub: 

- Digər yağlar haqqında bunu deyə bilmərəm. Çünki istehsal prosesini görməmişəm, izləməmişəm. Alıcılar yağların keyfiyyətindən şübhələnməkdə haqlıdarlar. Bəzi ölkələrdən yağ paketlənməmiş halda idxal olunur, yerli müəssisələrdə paketlənir və tərkibinə əlavə qatqıların vurulmadığına dair də zəmanət yoxdur. Əsl kərə yağının qiyməti hazırda 14-15 manat ola bilməz. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
sherg.az

1Источники