RU

YAP qurultaya gedir

Gələn ay Yeni Azərbaycan Partiyasının növbəti qurultayı keçiriləcək.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Gununsesi.info-ya hakim partiyadakı mənbələr bildirib.

Məlumata görə, YAP-ın qurultayında partiyanın İdarə Heyəti və Mərkəzi Nəzarət Təftiş Komissiyasının tərkibində ciddi dəyişiklik olacaq.

Bildirilir ki, YAP-ın ötən qurultayından keçən 5 il ərzində partiyanın fəaliyyətində ciddi dönüş olmayıb.

Buna səbəb isə YAP İdarə Heyətində təmsil olunan şəxslərin böyük əksəriyyətinin ölkənin ictimai-siyasi həyatına nabələd şəxslərin olmasıdır.

“Ona görə də YAP -ın rəhbər heyətində ciddi keyfiyyət dəyişikliyinin olması labüddur” deyə mənbə əlavə edib.

Избранный
79
3
konkret.az

4Источники