RU

Armen Qriqoryan: Azərbaycan və Ermənistan arasında yeni dövr başlayıb

BAKI, 13 fevral. TELEQRAF

“Biz onu artıq təsdiqlənmiş sülh şəraitində yaşayırıq. Bu gün sülh arzu yox, yaşadığımız gerçəklikdir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Sülh təkcə sərhədlərimizdə yox, proqnozlaşdırıla bilən vəziyyət, gərginliyin azalması və Ermənistanla Azərbaycan arasında formalaşmış etimadın möhkəmləndirilməsi tədbirlərində özünü göstərir.

Avqustun 8-də Vaşinqtonda keçirilmiş zirvə görüşü tarixi dönüş nöqtəsi oldu. Bu görüş Ermənistan və Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı anlaşma üçün yeni səhifə açdı. Həmin vaxtdan etibarən Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırdı. Ermənistan və Azərbaycan ikitərəfli qaydada vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərinə başladı. Bu gün isə vətəndaş cəmiyyətinin üçüncü görüşü Ermənistanda keçirilir ki, bu da dialoq və iştirakçılığın artmasının rəmzidir.

Bu yaxınlarda dörd erməni azadlığa buraxıldı, bu addım da Ermənistanla Azərbaycan arasında etimadı daha da möhkəmləndirdi. Sərhədlərimizdə sabitlik qorunub saxlanılır. Bütün bu addımlar birlikdə göstərir ki, uzun müddət can atdığımız sülh bu gün artıq toxunula bilən reallığa çevrilib”, - o bildirib.

Избранный
28
2
teleqraf.com

3Источники