RU

Fövqəladə Hallar Nazirliyinin qurumları arasında şahmat üzrə çempionat keçirilib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 fevral, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun bazasında nazirliyin qurumları arasında komanda və şəxsi birincilik üzrə şahmat çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə keçirilən çempionatda FHN-in Aparatı və qurumlarının 17 komandasından ümumilikdə 70-ə yaxın əməkdaş iştirak edib. Çempionatın baş hakimi Fikrət Sideifzadə tərəfindən idarə olunan turnirdə yığılan xalların ümumi sayına görə qalib komandalar və əməkdaşlar müəyyən olunub.

Tədbirin bağlanış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib.

Mükafatlandırma mərasimində çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qeyd edib ki, şahmat əməkdaşların həm asudə vaxtlarını səmərəli keçirməsi, həm də intellektual baxımdan formalaşmasında böyük əhəmiyyətə malikdir: “Hələ Sovet İttifaqı dövründə şahmatın ölkəmizdə populyarlıq qazanmasında, o cümlədən dünya şahmat tacının Azərbaycana gətirilməsində əvəzsiz xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə güclü şahmat məktəbi yaradılıb, bu idman sahəsi respublikamızda yüksək səviyyəyə qalxıb. Bu proses bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir”.

F.Musayev, həmçinin FHN-in əməkdaşlarının respublika və beynəlxalq miqyaslı yarışlarda qazandıqları uğurlardan bəhs edib.

Sonra çempionatda uğur qazanmış komandalar və iştirakçılar təltif olunublar. 5 gün davam edən yarışda Dövlət Yanğından Mühafizə Xidmətinin komandası bütün rəqiblərinə qalib gələrək birinci olub. Çempionatda ikinci yerə Mülki müdafiə qoşunları, üçüncü yerə isə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarət Dövlət Agentliyinin komandaları layiq görülüblər.

Şəxsi yarışlarda çempion adını Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Elçin Əsədov, 2-ci yerə FHN Akademiyasının kursantı Mehdi Qasımov, 3-cü yerə isə Sumqayıt Regional Mərkəzinin əməkdaşı Şahin Mehdiyev layiq görülüb.

Sonda qaliblər kubok, diplom və medalla, çempionatın keçirilməsində obyektiv hakimlik xidmətlərinə görə Azərbaycan Şahmat Federasiyasının Hakimlər Komitəsi, çempionatın əzmkar komandası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası fəxri fərmanla təltif olunublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
37
8
azertag.az

9Источники