RU

Üç gün yaz havası olacaq PROQNOZ

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanda yaxın 3 gün ərzində hava şəraitində mühüm dəyişiklik proqnozlaşdırılmır.

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, fevralın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək: “Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Fevralın 14-ü axşam isə şimal-qərb küləyi ilə əvəz olunacaq. Fevralın 16-da yenidən cənub-qərb küləyi güclənəcək. Havanın maksimal temperaturu 15-20 dərəcə isti olacaq”.

Gülşad Məmmədova deyib ki, bölgələrdə də yaxın günlərdə hava əsasən yağmursuz keçəcək: “Lakin fevralın 14-ü və 15-i gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı olacağı, qar yağacağı ehtimalı var. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu Mərkəzi Aran rayonlarında 15-20 dərəcə, dağlıq ərazilərdə 10-15 dərəcə isti olacaq”. (AzərTac)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
9
modern.az

10Источники