RU

Azərbaycan Qazaxıstana ispanaq ixrac etməyə başlayıb

Ötən ilin ilk 11 ayında Azərbaycan 275,4 min ABŞ dolları dəyərində 489,8 ton ispanaq ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 30 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 275 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 17 % çoxdur) 489,4 ton (+29,7 %) və Qazaxıstana 0,4 min ABŞ dolları dəyərində 0,35 ton ispanaq satıb.

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstana tədarük həyata keçirilib.

"Cebheinfo.az"

Избранный
9
2
cebheinfo.az

3Источники