Münxen. Trend:
Yalnız real, pozitiv və praqmatik yanaşma ABŞ-nin Avropanıntəhlükəsizliyində mövcudluğunu qoruyub saxlaya bilər.
Bu barədə Trend-əMünxen Təhlükəsizlik Konfransı ərəfəsində Macarıstanın MüdafiəNazirliyindən bildiriblər.
Nazirlikdən qeyd edilib ki, hazırkı həssas və sürətlə dəyişəntəhlükəsizlik mühitində NATO-nun rolu xüsusi əhəmiyyət kəsbedir:
“İttifaq Avropanın təhlükəsizliyinin təməl daşıdır. Ötən ilHaaqada keçirilən sammitdə biz transatlantik əlaqələrin möhkəmliyivə Avropa müttəfiqləri ilə Kanadanın regional təhlükəsizliyin təminedilməsində daha böyük məsuliyyət götürmək əzmi ilə bağlı aydınsiqnal verdik. Avropanın müttəfiq kimi ABŞ-yə ehtiyacı var. Yalnızgerçəkçi, pozitiv və praqmatik yanaşma ABŞ-nin iştirakını qoruyubsaxlamağa imkan verəcək.
Etibarlı müttəfiq kimi Macarıstan öhdəliklərin ədalətlibölüşdürülməsinə sadiqdir və öz öhdəliklərini yerinə yetirmək üçünəhəmiyyətli səylər göstərir”, – nazirlikdən bildirilib.
Nazirlikdən vurğulanıb ki, Avropa İttifaqı ilə NATO arasındaəməkdaşlıq böyük önəm daşıyır, belə ki, Avro-Atlantik birliyinqorunması son dərəcədə vacib olaraq qalır.
“Biz həm NATO-nun, həm də Avropa İttifaqının kompleks təhdidlərvə ümumi qeyri-müəyyənliklə bağlı yeni reallıqlara uyğunlaşmasınıalqışlayırıq. Bununla yanaşı, funksiyaların izafi dublikatlaşmasınavə fəaliyyətin paralel istiqamətlərinə yol verilməməlidir.
Macarıstan hesab edir ki, qarşılıqlı əlaqəlilik beynəlxalqsabitliyin möhkəmlənməsinə töhfə verir. Avropa dövlətləri qlobaltərəfdaşlarla əməkdaşlığı fəallaşdırmalıdırlar. Bu fəaliyyətpraqmatik və qarşılıqlı faydalı olmalıdır. Sabitliyin qorunmasınaminə hətta mürəkkəb tərəfdaşlar və potensial rəqiblərlə belədialoqa açıq qalmalıyıq”, – Macarıstanın Müdafiə Nazirliyindənbildirilib.