RU

İrəvan Aİ mülki missiyasının Ermənistanda qalmasını istəyir

Avropa Monitorinq Missiyası Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına müsbət təsir göstərib. İrəvan Aİ mülki missiyasının Ermənistanda qalmasını istəyir.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Onun sölərinə görə, Ermənistan həmişə açıq şəkildə, eləcə də Aİ tərəfdaşları ilə şəxsi söhbətlərdə Brüssel ilə yüksək səviyyədə əməkdaşlığı təsdiqləyib və Aİ missiyasının Ermənistandakı işini yüksək qiymətləndirib.

Təhlükəsizlik Şurasının katibi vurğulayıb: "Əminik ki, missiya sabitlik baxımından müsbət təsir göstərib və regionda sabitliyə, eləcə də sərhəd icmalarının əhalisi arasında sabitliyə və təhlükəsizliyə inamı gücləndirməyə töhfə verib".

Qriqoryan qeyd edib ki, Aİ Monitorinq Missiyası müsbət təsir göstərib və Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasında mühüm rol oynayıb.

Təhlükəsizlik Şurasının katibi Donald Trampın Ermənistan-Azərbaycan münaqişəsinin həllində mühüm rol oynadığını vurğulayıb.

Armen Qriqoryanın sözlərinə görə, hər halda Ermənistan Aİ Monitorinq Missiyasının Ermənistanda fəaliyyətini davam etdirməsini istəyir.

"Bir şey dəqiqdir: biz mülki AB Monitorinq Missiyasının Ermənistanda qalmasını istəyirik. Sülh müqaviləsi çərçivəsində razılaşmalarımız var; qüvvəyə minməsi üçün hələ imzalanmalı və təsdiqlənməlidir və bundan sonra bu istiqamətdə necə irəliləyəcəyimizi anlayacağıq. Lakin missiyanın Ermənistanda qalmasını istədiyimiz aydındır və bu məqsədə doğru işləməyə davam edəcəyik".

Xatırlatma: Aİ Monitorinq Missiyası 2023-cü ildə Ermənistanda iki il müddətinə yerləşdirilib. 2025-ci ilin yanvar ayında Aİ Şurası missiyanın müddətini daha iki il uzatmaq qərarına gəlib. Missiya Ermənistan-Azərbaycan sərhədində patrul xidməti həyata keçirir, yerində təhlükəsizlik vəziyyətini izləyir və hesabat verir. 


Telegram kanalımız
Избранный
22
yenisabah.az

1Источники