İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, mükafata İqor Tiaqo layiq görülüb. “Brentford”un hücumçusu ötən ay 5 oyunda 5 qol vurub.
Braziliyalı forvard hazırda 17 qolla bombardirlər siyahısında ikinci pillədə qərarlaşıb. Siyahıya 22 qolla Erling Haaland (“Mançester Siti”) başçılıq edir.
“Brentford” turnir cədvəlində 7-ci yerdədir və növbəti matçını fevralın 21-də “Brayton”a qarşı keçirəcək.