RU

Sumqayıtda "Göyərçin" abidəsi ətrafında nə baş verir? - Rəsmi 

Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən "Göyərçin" abidəsinin ətrafında ağacların kəsilməsi məsələsinə rəsmi münasibət bildirilib...

Poliqon xəbər verir ki, qurumdan "Report"un sorğusuna verilən cavabda qeyd edilib ki, şəhərin Nəsimi adına parkında həyata keçirilən abadlıq və yaşıllaşdırma işləri zamanı qurumuş, həmçinin güclü küləklərin təsiri ilə qəzalı vəziyyətə düşərək təhlükə mənbəyinə çevrilmiş ağacları Yaşıllaşdırma İdarəsi ərazidən götürüb.

Vurğulanıb ki, bu proses Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertlərinin iştirakı ilə keçirilən baxış və onların təqdim etdiyi müvafiq rəy əsasında reallaşdırılıb:

"Həyata keçirilən tədbirlərin əsas məqsədi parkda ekoloji balansın qorunması, sakinlərin təhlükəsizliyinin təminatı və yaşıllıq zolaqlarının sağlamlaşdırılmasıdır. Bununla yanaşı, kəsilən ağacların yerinin bərpası üçün sözügedən ərazidə 300-ə yaxın yeni ağac əkilib".

Poliqon.info

Избранный
9
3
poliqon.info

4Источники