UEFA Millətlər Liqasının D liqasında mübarizə aparacaq futbol üzrə Azərbaycan milli komandasının oyunlarının təqvimi açıqlanıb.
Publika.az xəbər verir ki, yığma ilk görüşünü sentyabrın 27-də səfərdə Lixtenşteynə qarşı keçirəcək. 4 gün sonra bu komandalar Bakıda üz-üzə gələcək. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda oktyabrın 4-də Litvanı qəbul edəcək.
İkinci qrupda yer alan milli son oyununda noyabrın 13-də Litvanın qonağı olacaq.
Heybət
UEFA Millətlər Liqası: D Liqası, II qrup
27 sentyabr
18:00 Lixtenşteyn - Azərbaycan