ain.az, Baku.ws portalına istinadən məlumat verir.
Sabunçu rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb.
BAKU.WS-in məlumatına görə, naməlum şəxs ayrı-ayrı vaxtlarda evlərdən 8 min manat dəyərində elektrik naqilləri, müşahidə kameraları və işıqlandırma cihazlarını talayıb.
Sabunçu RPİ 42-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı C.Cəfərquliyev saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.