Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Qadınlar Şurasının ilk iclası keçiriləcək.
Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Nurəddin Babazadə Komitənin 2025-ci ildə fəaliyyətinin yekunlarına dair kollegiya iclasında deyib.
O bildirib ki, iclas aprelin 14-ə nəzərdə tutulub.
"Bununla bərabər Bakıda "Dayanıqlı inkişaf naminə AQEM məkanında qadınların səsinin gücləndirilməsi" adlı beynəlxalq konfrans da təşkil olunacaq", - o vurğulayıb.